Misir Mərdanovun qardaşı məktəb direktorunun qardaşını həbs etdi - Əməliyyat

img

12-01-2015 [09:10]


Şabran Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklə mübarizə çərçivəsində növbəti əməliyyat keçirib.
 
Əməliyyat nəticəsində 5 nəfər rayon sakini həbs edilib. Məlumatda bildirilir ki, onların arasında rayonun Dəvəçikənd sakini, 3 saylı məktəbin direktorunun qardaşı Hacəhməd Günəşov da var.
 
Məlumatda deyilir ki, Şabran sakininin üzərindən satmaq üçün nəzərdə tutulan külli-miqdarda narkotik maddə aşkarlanıb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Qeyd edək ki, bundan əvvəl də Şabran polisi bir neçə belə əməliyyat həyata keçirib. 

Xatırladaq ki, rayonun polis rəisi Əli Mərdanov sabiq təhsil naziri Misir Mərdanovun qardaşıdır(axar.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA