Cəbhədə güclü atışma başladı-GƏRGİNLİK

img

12-01-2015 [00:14]


Ermənistan Müdafiə Nazirliyi cəbhə bölgəsində güclü atışmanın baş verməsi barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, atışma saat 17:30-da Bağanıs kəndi yaxınlığında başlanan atışmada hər iki tərəf bir hərbçisini itirib.

Mia.az xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı virtualaz.org saytına açıqlamasında
bunun erməni tərəfinin növbəti yalanı olduğunu bildirib:

"Ermənistan KİV-ləri tərəfindən yayılan və Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində guya diversiya törətməsi, nəticədə itki verməsi barədəki informasiyalar yalan və uydurmadır. Bu, ermənilərin növbəti yalanı və təxribatıdır. Azərbaycan ordusu heç bir itki verməyib. Azərbaycan ordusu vəziyyətə tam nəzaərət edir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA