Bakıda sürücü yol polisinə hücum etdi - Qarşıdurma

img

11-01-2015 [13:01]


Bakıda sürücü yol polisinə qarşı xuliqanlıq edib. Lent.az-ın məlumatına görə, Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin 4-cü tağımının inspektoru, polis serjantı Şahverdiyev Pərviz Əliveyis oğlu raport yazaraq bildirib ki, Əhməd Cavad küçəsində xidməti vəzifəsini yerinə yetirərkən zorakılıqla üzləşib. Bu il polis orqanlarına qəbul olunan 27 yaşlı yol polisi əməkdaşı əlavə edib ki, Ə.Cavad küçəsi 1 ünvanının qarşısında "VAZ 2107” markalı avtomobili qayda pozuntusuna görə saxlayıb. Avtomobilin sürücüsü sənədləri verəndən sonra onlar arasında mübahisə yaranıb. Əsəblərinə hakim ola bilməyən sürücü yol polisinə qarşı kobudluq edib və daha sonra avtomobilinin baqajından mismarçıxardan götürüb. O, mismarçıxardanla öz maşının əzmək istəyib və yol polisini hədələyib.

İlkin araşdırmalardan sonra "VAZ 2107” markalı, 99 FH 507 nömrə nişanlı avtomobilin sürücüsü müəyyənləşdirilib. Bu, Ağsunun Daşdəmirli kənd sakini, 1985-ci il təvəllüdlü Babaşov Fərhad Yaşar oğlu olub.

Araşdırmalar davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA