Bakıda yaşayış binasında partlayış - 5 yaralı

img

11-01-2015 [12:47]


Bakıda beşmərtəbəli binada partlayış olub. Mia.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində sahibi məlum olmayan ümumi sahəsi 50 kv.m olan iki otaqlı mənzildə yanğınla nəticələnən partalyış baş verib. Nəticədə 1 otağın yanar konstruksiyaları və ev əşyaları 16 kv.m, eyvanın yanar konstruksiyaları 4 kv.m sahədə (ümumi 20 kv.m) yanıb, partlayışın təsirindən mənzilin pəncərə şüşələri dağılıb. Yanğın zamanı mənzildə yaşayan 5 nəfər müxtəlif yanıq xəsarətləri ilə təcili tibbi yardım tərəfindən Mərkəzi Yanıq xəstəxanasına aparılıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 01:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA