Məhkəmə Sumqayıt DYP-yə qarşı qərar çıxardı-özəl

img

09-01-2015 [20:35]


Bir müddət öncə Sübhan Arifoğlu adlı sumqayıtlı sürücü Mia.az vasitəsi ilə Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Ramil Usubova şikayət məktubu ünvanlamışdı. O, şikayət məktubunda Sumqayıtdakı sürücüləri xəbərdar edərək, Sumqayıtdakı yol polislərindən narazılığını - sürücülər üçün yeni tələlər qurduqlarını qeyd etmişdi.

Mia.az-a daxil olan məlumata görə, haqqı tapdanan sürücü məhkəmədə ədaləti bərqərar edib: "Sumqayıt şəhərindəki ticarət mərkəzinin yanında avtomabilimi (sag tərəfdə, I cərgədə maşınların arxasında şaquli vəziyyətdə)park edərək su almağa düşmüşdüm. Həyat yoldaşım maşında idi. Geri dönəndə həyat yoldaşım mənim maşınıma DYP əməkdaşının yaxınlaşıb qabaq hissədən, yandan,arxa hissədən şəklini çəkdiyini dedi. Mən də maşınımın düzgün park olunduğunu, parklama qaydalarına və işarəsinə uyğun saxladığıma əmin olduğumdan həmin 3326 № -li DYP maşınının arxasıyla gedib öz iradlarımı bildirmək üçün maşınımla onlara yaxınlaşdım. DYP əməkdaşı mənə işarə ilə sağa verib saxlamagı göstərdi. Həmin sağa verib saxladığım yer dayanacaqdan 15 m aralı idi. DYP əməkdaşı mənə yaxınlaşanda ticarət mərkəzinin yanında ondan düzgün park elədiyim halda niyə şəklimi çəkdiyini soruşdum. Sualıma cavab verməyən əməkdaş məndən sənədlərimi istədi. Mən də səbəbini soruşaraq sənədlərimi ona təqdim etdim.O isə cavabında: "Orada eləməmişdin, indi etdin”,- deyərək cərimə protokolu yazmağa başlayanda mən də iradlarımı bildirdim ki, siz özünüz sağa ver saxla dediniz. Maşınım işlək vəziyyətdə maşından mənə düşməyi tələb edən əməkdaşın yeni icad etdiyi tələsini işə salaraq mənə cərimə yazdı.Şikayətimi bildirdim. Sumqayıt Şəhər Məhkəməsinə müraciətimin nəticəsində haqq qələbə çaldı. Məhkəmə cəriməni ləğv elədi".

Zaman və Bizin şəkli.
Zaman və Bizin şəkli.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA