Zahid Qaralov İkinci Fəxri Xiyabanda dəfn olunacaq - (Fotolar)

img

09-01-2015 [14:53]


İctimai-siyasi xadim, Yeni Azərbaycan Partiyası Səbayel rayon təşkilatının sədri Zahid Qaralov bu gün saat 16:00-da İkinci Fəxri Xiyabanda dəfn olunacaq.

Bu haqda publika.az-a mərhumun bacısı oğlu Fərid Nəsibov məlumat verib.

Yas mərasimi Nəsim rayonu, Mirəli Qaşqay küçəsində keçirilir. Mərasimdə 300-ə yaxın şəxs iştirak edib. Yas mərasiminə qatılanlar arasında bir sıra rəsmi şəxslər də var.

Onu da xatırladaq ki, mərhum Azərbaycanın baş prokuroru Zakir Qaralovun əmisidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA