Şeyx AzTV ilə necə məzələnib? - Sabiq deputatın Şeyxlə dialoqu

img

09-01-2015 [13:52]


Sabiq deputat, hazırda AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru olan Nazim İmanov "Milli Məclisin ağlamalı gülməcələri" kitabında Şeyx Allahşükür Paşazadə ilə mərhum Anar Məmmədxanlının arasında yaşanan maraqlı bir söhbəti qələmə alıb.

Mia.az xəbər verir ki, kitabda yer alan bu hadisəni "Facebook"da Qan Turalı paylaşıb. 

"Şeyx Allahşükür Paşazadə Milli Məclisə gəlmişdi. Anar Məmmədxanov onu danışdırmaq istədi:

- Şeyx, deyirsiz ki, Xudavəndi-aləm hər şeyi görür, hər şeyi bilir. Bəs Azərbaycanı söküb-dağıdıb-yeyib, üstündən də, mədələri gücə düşməsin deyə badamlı içənləri görmür? Görürsə, bu quldurların canını alıb öldürsün, millətin də canı qurtarsın da...

- Bismillah-rəhmani-rəhim. A bala, bu yazıq Allah neyləsin. Baxır Nizami Xudiyevin televiziyasına, görür hər şey, namxuda, çim yağdı, camaat naz-nemət içində üzür, gecə-gündüz də rəhbərlərə dua oxuyur. O da deyir qoy hələ yaşasınlar".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA