Xaləddin İsgəndərov təəccübləndirməkdə davam edir

img

09-01-2015 [13:16]



Bu gün dövlət qurumlarından biri şəffaflıq, açıq hökümətin təşfiqinə dair "Milli fəaliyyət planı"na bir yeniliklə imza atdı. 

İndiyə qədər əksər icra hakimiyyəti strukturları daha çox hansısa uğurlu işləri, şənlikləri, bayram tədbirlərini gündəmə gətirməklə fəaliyyətlərini işıqlandırmağa çalışırdılarsa, bu gün Binəqədi rayon İcra Hakimiyyəti çətin məqamların, hava şəraitinin pisləşməsi ilə bağlı yaranan problemlərin gündəmə gətirilməsinə nail oldu.

Belə ki, İcra hakimiyyətinin xanım səlahiyyətlisi öz şəxsi "Facebook” səhifəsində vətəndaşlara online müraciət edib və bildirib ki, qarın yağmasıyla əlaqədar operativ məlumatları mütəmadi olaraq çatdıracaq və gün ərzində problem qeydə alınan yerlərlə bağlı vətəndaşlardan rəylər gözləyəcək, konkret addımların atılması üçün operativ qərargahı məlumatlandıracaq. 

Maraqlı yanaşmadır. Sözsüz ki, adışəkilən xanıma vətəndaşla ünsiyyəti qurmaq və vətəndaşı dinləməyə səlahiyyəti icra başçısı verib. Xaləddin İsgəndərov yenə təəccübləndirməkdə davam edir.

 Sonda qeyd edək ki, vətəndaşı dinləmək, onun həlli mümkün ola biləcək problemini həll etmək, ona dayaq durmaq kifayət qədər müsbət aura yaradır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA