Bakının yolları ilə bağlı aşıqlama

img

09-01-2015 [13:03]


Hazırda Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətində demək olar ki, heç bir problem yoxdur.

Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, dünən gecədən səhər saatlarına qədər Bakı şəhərinin avtomobil yollarında nəqliyyat vasitələrinin normal hərəkətini tam təmin etmək üçün ASC-nin xidmət etdiyi bütün ərazilərə qum-duz qarışığı səpilib.

P.Mürsəliyev əlavə edib ki, dünən gecə saatlarında bəzi naşı sürücülər Bakı-Sumqayıt yolunda tıxaclar yaratdığına görə, ASC-nin texnikaları işləyə bilməyib: "Lakin gecə saat 3-dən sonra texnikalarımız intensiv surətdə həmin ərazidə işlədilər və nəqliyyat vasitələrinin normal hərəkəti tam təmin olundu”.

Onun sözlərinə görə, istər Bakı Dairəvi yolunda, istərsə də Bakı-Sumqayıt yolunda bəzi sürücülər avtomobillərini idarə edə bilmədikləri üçün maşınları yolun hərəkət edən hissəsində qoyaraq gedib, bu da Bakı-Sumqayıt yolunda tıxaclar yaradıb: "Buna baxmayaraq, nəqliyyatın intensiviliyi azalan kimi biz həmin ərazilərdə təmizlik işləri apardıq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA