Ramil Usubov yeni rəis təyin etdi - Təyinat

img

09-01-2015 [12:40]


Polkovnik Əbülfət Rzayev bu gün daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə işdən çıxarılan Sabunçu Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavanşir Babayevin yerinə müvəqqəti rəis təyin edilib. 

Bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb. 

Əbülfət Rzayev bundan öncə Sabunçu Rayon Polis İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

Cavanşir Babayevin isə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərildiyi deyilir.

AzNews.az xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin rəisi vəzifəsinə Yasamal Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədovun təyinatı gözlənilir.

Ancaq bu xəbəri hələlik Daxili İşlər Nazirliyinin mətbuat xidməti təsdiq etməyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA