Lənkəranda evli qadın Suriyaya qaçdı

img

08-01-2015 [14:19]


Lənkəranın Şıxəkəran kəndindən olan bir nəfər itkin düşüb.

 

Fidan Qasımova (ad şərtidir) adlı gəlin axtarışdadır. Onun bir neçə gün əvvəl tanışına qoşularaq qaçdığı bildirilir.

 

Mənbə iddia edir ki, F.Qasımova tanışı ilə Suriyadakı döyüşlərdə iştirak etməyə gedib. Onun İŞİD-ə qoşulduğu deyilir. Hazırda qadının Rusiyada işləyən həyat yoldaşı rayona qayıdıb və arvadını axtarır.

 

Baş verən hadisə ilə bağlı Lənkəran rayon Polis İdarəsi ilə əlaqə saxladıq. Lakin polis idarəsindən bu haqda məlumatsız olduqlarını bildirdilər(axar.az). 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA