YAP üzvləri laçınlı musiqi məktəbinin direktorundan Prezidentə yazdılar

img

08-01-2015 [12:57]


Laçın rayonundan məcburi köçkün,hazırda Ağcabədi rayon Taxtakörpü 552 saylı qəsəbədə məskunlaşmış YAP-ın üzvü Axundov Xalid Umbay oğlu və Laçın rayon Kalafalıq kənd sakini Qasımov Ələsgər Əhliman oğlu tərəfindən prezident İlham Əliyevə şikayət məktubu ünvanlanıb.

Mia.az-a daxil olan məktubda bildirilir ki, Prezidentə və aidyatı üzrə bütün yuxarı dövlət orqanlarınaLaçın rayon Mədəniyyət və Turizm şöbəsinin baş mühasibi İsmayilov Şakir və Şamkənd kənd uşaq musiqi məktəbinin direktoru Quliyev Səfərin qanunsuz əməlləri barədə sayı məlum olmayan dərəcədə müraciətlər ediblər. Ancaq indiyədək şikayətləri dinlənilməyib.

Şikayətçilər yazırlar ki, ümumiyyətlə, onlar müraciətlərinə Laçın rəhbərliyi tərəfindən baxılmasını da istəmirlər: "Ona görə xahiş edirik, Sizin xüsusi nəzarətinizlə inandığınız nümayəndənizi göndərib, bizim şahidçiliyimizlə araşdırılmasına kömək göstərəsiniz".

Şikayətdə adıçəkilənləri də dinləməyə hazırıq.

 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA