08-01-2015 [09:57]
Mia.az azadlıq.info-ya istinadən xəbər verir ki, bu məsələdə ziddiyyətlər aşkar şəkildə hiss olunur. Necə olur ki, 65 yaşlı adam elm sahəsindəki fəaliyyətini davam etdirə bilir, amma təhsil sahəsində çalışa bilmir? Əgər, 65 yaşdan yuxarı şəxslərin səhhətində, fəaliyyətində geriləmələr baş verirsə bu bütün sahələrdə çalışanlara şamil oluna bilər.
Amma məsələ təkcə bununla da bitmir. Nə hikmətdirsə, yaş senzi məsələsi nazirlərə, nazir müavinlərinə, komitə sədrlərinə həvalə olunmur. Deməli, 65 yaşlı müəllim məktəbdə dərs deyə bilməz, amma 70-80 yaşlı məmur dövləti idarə edə bilər.
Bildiyiniz kimi ölkədə yüksək vəzifə tutan şəxslərin əksəriyyəti müxtəlif sahələri kurasiya edirlər. İqtisadiyyatdan tutmuş, fövqəladə hallara qədər cavabdehlik daşıyan məmurlar var. Amma bunların yaşına nəzər salanda adamı təəccüb bürüyür.
Başlayaq səlahiyyətinə görə ölkənin ikinci şəxsi olan Baş nazirArtur Rasizadədən. Baş nazirin 76 yaşı var və o, 1996-cı ildən bəri bu postu tutur. Artıq 15 ildir Nazirlər Kabinetinə rəhbərlik edən Rasizadə bir dəfə iki aylıq istefaya göndərilsə də, sonradan yenidən vəzifəsinə bərpa edildi.
Baş nazirin müavinləri də pensiya yaşını keçiblər. Baş nazirin birinci müaviniYaqub Eyyubov1945-ci ildə anadan olub və hazırda 69 yaşı var. 1999-2003-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetində Baş nazirin müavini postunu tutan Eyyubov 2003-cü ildən, artıq 11 ildir baş nazirin birinci müavinidir.
Baş nazirin digər müaviniElçin Əfəndiyev1943-cü ildə anadan olub və 71 yaşı var. 1993-cü ildən Baş nazirin müavini vəzifəsini tutan Elçin Əfəndiyev 21 ildir eyni kürsüdə əyləşir.
Baş nazirin digər müaviniƏli Həsənovda uzun illərdir eyni vəzifənin sahibidir. 1998-ci ildən Qaçqınların və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini olan Həsənovun da 66 yaşı var.
Baş nazirin digər müaviniAbid Şərifov1940-cı ildə anadan olub. 75 yaşlı Şərifov 2003-cü ildən baş nazirin müavinidir.
Bu günlərdə 76 yaşını tamam etmiş Prezident Administrasiyasının rəhbəriRamiz Mehdiyevdə uzun müddətdir vəzifədə qalanlardandır. Mehdiyev 1995-ci ilin fevralından, artıq 19 ildir Prezident Administrasiyasına rəhbərlik edir və onun 76 yaşı var.
Digər nazirlərdən də yaşı çox olan və uzun müddətdir vəzifədə qalanlar var. Səhiyyə naziriOqtay Şirəliyevin isə 64 yaşı var və o, 9 ildir bu vəzifədə çalışır.
1994-cü ildən, artıq 20 ildir daxili işlər naziri vəzifəsində olanRamil Usubovun 66 yaşı var.
Nəqliyyat naziriZiya Məmmədovun isə 62 yaşı var. 2002-cı ildən bu vəzifədə olan nazir ondan əvvəl də "Dəmir Yolları” QSC-nin rəhbəri olub.
Mərkəzi Bankın sədriElman Rüstəmovun isə 62 yaşı var və o, 19 ildir ölkənin baş bankiridir.
Mərkəzi Seçki Komissiyasının sədriMəzahir Pənahovun 63 yaşı var və o, artıq 14 ildir seçkilərə cavabdeh quruma rəhbərlik edir.
Azərbaycan Hava Yolları Dövlət Konserninin baş direktoruCahangir Əsgərovun 64 yaşı var. Bu şəxs 1996-cı ildən, artıq 18 ildir eyni vəzifədədir.
Sənaye naziriNatiq Əliyevin 67 yaşı var.
10 ildir eyni vəzifədə çalışan Müdafiə sənayesi naziriYavər Camalovun 65 yaşı var və o, 8 ildir nazirliyə rəhbərlik edir.
Nazirlər və komitə rəhbərlərindən əlavə parlamentdə təmsil olunan deputatların müəyyən hissəsinin xeyli yaşı var. Yəni, deputatlar arasında da yaşı 70-dən və 80-dən yuxarı olanlar var.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi