Bakıda baş kəsən qatil həbs edildi - Yeniləndi

img

07-01-2015 [23:14]


Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri Bakının mərkəzində baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, yanvarın 6-da paytaxtın Səbail rayonunda yerləşən Sahil bağında naməlum şəxs tərəfindən Bakı şəhər sakinləri Həsən Həsənova və Orxan Məmmədzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirilib. Nəticədə H.Həsənov hadisə yerində ölüb, O.Məmmədzadə isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) cinayət işi başlanıb.

Polis və prokurorluq orqanlarının həyata keçirdikləri operativ tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən şəxsin Bakı şəhərində yaşayan Elçin Çobanov olması müəyyən edilib.

Hazırda onun tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

21:12

Səbail RayonPolis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində ötən gün "Sahil bağı”nda 1989-cu il təvəllüdlü Həsən Namiq oğlu Həsənovu qətlə yetirən və 1993-cü il təvəllüdlü Məmmədzadə Orxan Təbriz oğluna bıçaqla xəsarət yetirən Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Elçin Elman oğlu Çobanov həbs edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA