07-01-2015 [21:40]
Yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini təqdim edib. "Üç qoca balıqçı və qızıl balıq” adlı şeiri oxucuların ixtiyarına veririk.
Üç qoca – üç balıqçı
zamana dəyər verib
qızıl ləpədöyəndə
qızıl balıq ovuna
çıxmışdılar gün üzü –
qəribəydi o günü...
Birinci balıqçının
bəxti tez üzə güldü:
Qızıl balıq əvvəlcə
onun toruna düşdü.
Balıqçı həm çox kasıb,
həm də çox-çox qocaydı
Amma ki, maliyyədən,
başı yaxşı çıxırdı,
Pulun nə olduğunu,
çox gözəl anlayırdı.
Balıqsa dil açaraq,
Yalvardı bu qocaya:
"Qaytar məni həyata –
dəryaya... dalğalara...
Əvəzində inan ki,
borclu qalmaram sana!”
Qoca sevincək dedi:
"Səndən birdir istəyim –
Bu işdə karım olsun,
Çoxlu qızıl istərəm,
Mənim də cibim dolsun.”
Arzu yerinə yetdi,
qoca hamıdan varlı,
imkanlı oldu, getdi...
Amma qızıl balığın,
sevinci çox çəkmədi,
Suya atılan kimi
o biri balıqçının
tilovuna ilişdi...
Bu qoca da şikarı,
qamarlayaraq həmən
söylədi ki, "Hökmdar
olmaq istəyirəm mən”.
Balıq bu qocaya da,
söz verdi – yaman verdi –
Taxt-tac sahibliyini,
balıqçıya vəd etdi...
Di gəl, yenə sevinci
çox da uzun çəkmədi
Göz açınca özünü
üçüncü balıqçının
Ovuclarında gördü...
Dil açdı ki, "Ay qoca,
bilməm nədir diləyin.
Amma yerinə yetər
hər arzun, hər istəyin...
Əvəzindəsə sənə
yalvarıram, əfv elə,
yaşamaq hüququnu,
qaytar mənim özümə”...
Qoca qızıl balığı
dənizə tullayaraq:
"Atıl sən dalğalara,
Tələs, burdan get” – deyir.
Sən birinci deyilsən,
bu həyatda çoxuna,
beləcə, təmənnasız
kömək etdim”... söyləyir.
Qızıl balığı sular,
alır öz ağuşuna,
Dalğaların qoynunda
üzür, gözdən itərək. –
"Mən özüm bu həyatda
çox hədiyyə vermişəm.
Ancaq...
qocanın bəxş etdiyi
Azadlıqdan təsirli
hədiyyə görməmişəm”...
Nə vaxtsa Tanrı bizi
cənnətdən məhrum etdi...
Çox müdriklik eylədi...
əgər biz Yer üzünü
məhv ediriksə bu cür
Cənnəti dağıtmağa
tapardıq özümüzdə "güc”!
O vaxt ki, Tanrı bizi
cənnətdən məhrum etdi,
fərq etmədik,
yerinə
böyük bir sandıq verdi...
Dedi ki, insanlara –
"köməklik etməklə
sən
sandığı yaxşılıqla
doldur, ey bəni-adəm”..!
Qoca da evə gəldi,
qazandığı
YAXŞILIQ
qismətini çıxarıb
sandığa yerləşdirdi.
Düz etdi ya etmədi
onu bir Tanrı bilər.
Qoca nə qəsr tikdi,
nə də dövlət topladı.
Etdiyi yaxşılıqlar
onu bu kainatın
ən varlı, ən dövlətli
adamına çevirdi...
Rus dilindən çevirəni: Mahir Qabiloğlu
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi