İlham Əliyevdən Ollanda başsağlığı

img

07-01-2015 [21:33]


Azərbaycan Prezidenti İlham Əliyev bu gün Fransanın paytaxtı Paris şəhərində törədilmiş terror aktı ilə əlaqədar fransalı həmkarı Fransua Ollanda başsağlığı verib

MİA.AZ dövlət başçısının saytına istinadən xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Parisdə törədilmiş amansız terror aktı nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi sarsıtdı.

Bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını hər cür dəstəkləyirik.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".

Xatırladaq ki, bu gün şəxsiyyətləri hələ müəyyənləşdirilməmiş terrorçular "Charlie Hebdo" satirik jurnalının redaksiyasına hücum edərək, 12 nəfər əməkdaşını güllələyərək, qətlə yetiriblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA