07-01-2015 [18:54]
Azərbaycan Prezidenti İlham Əliyev, Mehriban Əliyeva, dövlət rəsmiləri və ictimai xadimlər Zahid Qaralovun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.
AzərTAc-ın məlumatına görə, nekroloqda bildirilir:
"Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim və pedaqoq, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri, əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor Zahid İbrahim oğlu Qaralov 2015-ci il yanvarın 7-də ömrünün 81-ci ilində vəfat etmişdir.
Zahid Qaralov 1934-cü il iyul ayının 10-da Gürcüstanın Dmanisi rayonundakı Ormeşən kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1952–1956-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsində ali təhsil almışdır.
Əmək fəaliyyətinə 1956-cı ildə Gürcüstanın Dmanisi rayonundakı Ormeşən kəndində orta məktəb direktoru kimi başlayan Zahid Qaralov 1959–1961-ci illərdə Dmanisi rayon komsomol komitəsinin birinci katibi olmuşdur. O, 1961–1964-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun əyani aspiranturasında oxumuşdur. Zahid Qaralov 1964–1976-cı illərdə Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri və elmi işlər üzrə direktor müavini, 1976–1984-cü illərdə isə həmin institutun direktoru vəzifələrində çalışmışdır. O, 1984–1987-ci illərdə Azərbaycan Respublikası maarif nazirinin müavini işləmişdir. Zahid Qaralov 1987-ci ildən 1995-ci ilədək yenidən Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun direktoru vəzifəsini tutmuşdur.
Respublikanın ictimai-siyasi həyatının fəal iştirakçısı olaraq Zahid Qaralov 1995–2005-ci illərdə iki çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Tutduğu vəzifələrdən asılı olmayaraq, o üzərinə düşən bütün işləri layiqincə yerinə yetirmiş, çalışdığı sahələrdə yüksək təşkilatçılıq bacarığı ilə seçilərək göstərilən etimadı daim doğrultmuşdur.
Zahid Qaralov 1967-ci ildə namizədlik, 1994-cü ildə doktorluq dissertasiyalarını müdafiə etmiş və həmin ildə professor elmi adını almışdır.
Azərbaycanda pedaqogikanın inkişafında Zahid Qaralovun xidmətləri təqdirə layiqdir. O, təhsil quruculuğu və məktəblilərin təlim-tərbiyəsi problemlərinə dair sanballı tədqiqatların müəllifi kimi tanınırdı. Alimin 200-dən çox elmi məqaləsi və 60-dan artıq monoqrafiyası, dərslik və dərs vəsaiti nəşr olunmuşdur.
Respublikada pedaqogika sahəsində elmi kadrların hazırlanmasında Zahid Qaralovun böyük əməyi vardır. Onun rəhbərliyi altında onlarla tədqiqatçı dissertasiya müdafiə etmişdir. Alimin ölkəmizdə və onun hüdudlarından kənarda pedaqogikanın aktual problemlərinə həsr olunmuş müxtəlif elmi simpozium və konfranslardakı çıxışları mütəxəssislər tərəfindən yüksək dəyərləndirilmişdir.
Ömrü boyu əsl vətəndaşlıq mövqeyində dayanan Zahid Qaralov 1990-cı illərin əvvəllərində ölkədə baş verən mürəkkəb siyasi proseslərə münasibətdə milli mənafelərə sadiq qalaraq yüksək obyektivlik nümayiş etdirmişdir.
Zahid Qaralovun elmi və ictimai fəaliyyəti layiqincə qiymətləndirilmişdir. O, bir sıra orden və medallarla, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatları olan "Şöhrət” və "Şərəf” ordenləri ilə təltif edilmişdir.
Tanınmış ictimai xadim, bacarıqlı maarif işçisi və xeyirxah insan Zahid İbrahim oğlu Qaralovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!"
İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Mehriban Əliyeva, Elçin Əfəndiyev, Əli Həsənov, Əli Əhmədov, Akif Əlizadə, Hacıbala Abutalıbov, Fatma Abdullazadə, Mikayıl Cabbarov, Yəhya Kərimov, Əjdər Ağayev.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi