Oliqarxların övladlarının Dubay, Malayziya və Tayland sərgüzəştləri-FOTOLAR

img

07-01-2015 [12:54]


Bu uşaqlar, daha çox paytaxt Tehranın şimalındakı Elahiye və Fereşteh kimi zəngin yerlərdə yaşayan İranın zəngin ailələrinin uşaqlarıdı. Ancaq İrandakı gənclərin hamısını təmsil etdikləri deyilə bilməz. 


Məsələn İran İslam İnqilabının lideri Xomeyninin şəhəri olaraq bilinən Qum kimi şəhərlərdə bənzər mənzərələrə rast gəlmək qeyri-mümkündü. Əyləncələrin hamısı bağlı qapılar ardında, evlərdə, ya da bağlı qaraj, anbar kimi yerlərdə keçirilir. Spirtli içkilərin istifadəsinin qadağan olduğu İranda gecə həyatı deyilincə ağla ancaq içkisiz restoranlar və nargilə kafelər gəlir. Tehran ya da başqa bir şəhərin küçələrində gəzərkən əyləncə məkanlarına rast gəlmək mümkün deyil.  


Zəngin ailənin uşaqları qışı daha çox xizək mərkəzlərinə gedirlər. Yaz tətilləri və digər tətillərdə isə Türkiyə, Dubay, Malayziya və Tayland kimi  ölkələri seçirlər(strategiya.az). 

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA