Əbülfəs Qarayev nazirlikdə kadr dəyişikliyi etdi - TƏYİNAT

img

07-01-2015 [12:32]


Mədəniyyət və Turizm Nazirliyində ictimaiyyətlə əlaqələri, mətbuatla işi daha da səmərəli təşkil etmək məqsədilə nazirliyin Kollegiyasının qərarı ilə yeni İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsi yaradılıb. Şöbənin tərkibinə İnformasiya, elektron media və resurslarla iş, İctimaiyyətlə əlaqələr və mətbuatla iş və Qeyri-hökumət təşkilatları ilə iş sektorları daxildir.
Modern.az xəbər verir ki, mədəniyyət və turizm nazirinin əmrinə əsasən nazirliyin Turizm şöbəsinin Təbliğat sektorunun müdiri Şixəmmədov Vüqar Nurməmməd oğlu yeni şöbəyə müdir təyin edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA