Zahid Qaralov vəfat edib

img

07-01-2015 [12:30]


Tanınmış ictimai-siyasi xadim,Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin və Siyasi Şurasının üzvü, partiyanın Səbail rayon təşkilatının sədri, riyaziyyatçı alim, pedaqoq, pedaqoji elmlər doktoru, professorZahid Qaralov vəfat edib. Bu barədə "Report”a onun yaxınları məlumat verib.

Z.Qaralov dünyasını Almaniya xəstəxanalarından birində dəyişib.Qeyd edək ki, məşhur 91-lərdən olan Z.Qaralov Azərbaycanın baş prokuroru Zakir Qaralovun əmisidir.

Qaralov Zahid İbrahim oğlu 10 iyul 1934-cü ildə Gürcüstanın Başkeçid rayonunun Ormeşən kəndində anadan olub.

Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Fizika-riyaziyyat fakültəsini bitirib.1995-2005-ci illərdəMilli Məclisin deputatı olub. Bir neçə dərslik və dərs vəsaitinin müəllifidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA