Ramil Usubovdan sərt addım; Nazir qəza törədən polisi işdən qovdu

img

07-01-2015 [11:26]


Lənkəranda qəza törədən dövlət yol polisi əməkdaşı işdən qovulub.

Axar.az-a yerli mənbədən verilən məlumata görə, Lənkəran RPŞ DYP şöbəsinin əməkdaşı Hüseynov Tural Abdulhüseyn oğlu polis sıralarından xaric edilib. Onun ötən ilin noyabrında rayon ərazisində özünə məxsus "Mersedes” markalı avtomobilini ağaca çırpması karyerasının sonuna səbəb olub.

Sabiq polisin içkili vəziyyətdə sürətlə maşın idarə etdiyi üçün işdən qovulduğu bildirilir.

Qeyd edək ki, ilk olaraqAxar.az-ın yazdığı bu faktı Lənkəran Rayon Mərkəzi Xəstəxanasından təsdiqləmişdilər.

Rayonun Şilavar kənd sakini olan T.Hüseynov sol körpücük sümüyünün yer dəyişməyən qapalı sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. İlkin tibbi yardım göstərildikdən sonra ambulator müayinəyə buraxılmışdı.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA