İcra başçısı azad olunacağı xəbərindən danışdı

img

06-01-2015 [20:44]


Dövlət başçısı nə zaman məsləhət biləcəksə, o zaman da bizi vəzifədən azad edəcək”.

Bu sözləri Editor.az-a açıqlamasında Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev söyləyib.

Xatırladaq ki, mətbuatda 2015-ci ildə 14 rayon icra başçısının, o cümlədən Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin vəzifədən azad ediləcəyinə dair informasiya yayılıb.

Bizimlə söhbətində İbrahim Mehdiyev bildirib ki, bu informasiyalar əsassızdır: "Azərbaycanda söz azadlığı var. Kim nə istəyir yaza, tirajlaya bilir. Vəzifə təyinatı cənab Prezidentin müstəsna səlahiyyətidir. Kimin vəzifəyə təyin olunmasına və azad edilməsinə Prezident qərar verir. Biz də cənab Prezidentin əsgərləriyik. Nə zaman məssləhət bilsə, o zaman da vəzifədən gedəcəyik. Vəzifə digər icra başçıları, məmurlar kimi, mənim üçün də əbədi deyil”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA