Bir əsgərimiz Qarabağda yaralandı - Nazirlik

img

06-01-2015 [19:59]


Azərbaycan Ordusunun giziri yaralanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cəbhənin Ağdam rayonu istiqamətində mina partlaması nəticəsində Şəki rayonunda anadan olmuş 1979-cu il təvəllüdlü Azərbaycan Silahlı Qüvvələrinin giziri Məmmədov Şamo Əhməd oğlu yaralanıb.

Yaralı gizirə ilkin tibbi yardım göstərildikdən sonra Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyə edilib.

Hazırda hərbi qulluqçu həkimlərin tam nəzarəti altındadır. Vəziyyəti stabildir, həyatı üçün təhlükə yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA