Mikayıl Cabbarov əmr verdi; tədbirlər planı təsdiqləndi

img

06-01-2015 [16:56]


Təhsil naziri Mikayıl Cabbarov "20 yanvar faciəsinin iyirmi beşinci ildönümünün qeyd edilməsi barədə” əmr imzalayıb.

Mia.az Nazirliyin saytına istinadən xəbər verir ki,əmrə əsasən, 20 yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq olunub. Tədbirlər planına müvafiq olaraq, 6-20 yanvar tarixlərində ali, ilk peşə və orta ixtisas təhsili, ümumtəhsil, internat məktəbləri və məktəbdənkənar təhsil müəssisələrində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA