"Azəriqaz" İB-dən məktub, əlillərin şikayətinə aydınlıq gətirildi

img

06-01-2015 [16:27]


"Azəriqaz" İB-dən Mia.az-a məktub daxil olub. Birliyin İctimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məktubda saytımızda 04 yanvar 2015-ci il tarixli "Məhkəmə qərar verdi, "Azəriqaz” saymadı - Piket olacaq” başlıqlı xəbərə aydınlıq gətirilib:

"Həmin xəbərə cavab olaraq bildiririk ki, xətlərdə yaranan qəzaların operativ şəkildə aradan qaldırılması məqsədi ilə 17 mart 2014-cü il tarixindən etibarən, Abşeron və Bakı şəhərinin rayon qaz istismar sahələrinin tərkibində fəaliyyət göstərən "Qaz kəmərlərinin və avadanlıqlarının istismarı, qəza dispetçer xidmətləri” ləğv edilərək, Birliyin Təmir-Tikinti İdarəsinin tərkibində mərkəzləşdirilmiş "Qəza, təmir-bərpa xidməti” yaradılmışdır. Mərkəzləşdirilmiş sistem yaradılarkən yazıda adları çəkilən işçilər Azərbaycan Respublikası ƏM 70-ci maddəsinin "b” bəndinə əsasən ixtisar olunmuşlar.

Süleymanov Adil Əhməd oğlu və Rəhmanov Əhməd Fazil oğlu əmrin ləğv edilməsi tələbi ilə Xətai rayon Məhkəməsinə müraciət etmişlər və Məhkəmənin müvafiq qətnamələrinə əsasən tutduqları peşəyə bərpa olunmuşlar.

Xətai rayon Məhkəməsinin qətnamələrinin icrası ilə əlaqədar Süleymanov Adil Əhməd oğlu və Rəhmanov Əhməd Fazil oğlu Birliyə dəvət olunmuşlar.

"Azəriqaz” İB-nin məsul şəxslərin iştirakı ilə adı çəkilən şəxslərə Birliyin Təmir-Tikinti İdarəsində məcburi işə buraxmaya görə əmək haqqı ödənilməklə əvvəlki tutduqları peşəyə uyğun iş təklif olunmuş, lakin onlar səbəb göstərmədən təklif olunmuş işi qəbul etməmiş və bu barədə tərtib edilmiş 29 dekabr 2014-cü il tarixli aktı imzalamaq imtina etmişlər".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA