Nəqliyyat Nazirliyi və Metropolitenə TAPŞIRIQ

img

06-01-2015 [16:16]


Metro stansiyaları əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların istifadəsi üçün uyğunlaşdırılacaq.

Bu, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramında öz əksini tapıb. Bununla bağlı "Bakı Metropoliteni ” SC-nə tapşırıq verilib.

Bakı, Sumqayıt, Mingəçevir və Gəncə şəhərlərində əhalinin sıx yaşadığı yerlərdəki sərnişin marşrutlarında qaldırıcı liftə malik iri tutumlu nəqliyyat vasitələrindən əlillərin istifadəsi təmin ediləcək. Bu işin icrasını isə Nəqliyyat Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirəcək.

Bankomatlar, telefon avtomatlar, poçt terminalları, keçid turniketləri, lift, tunel keçidləri, eskalator və digər avtomat qurğular da əlilliyi olan şəxslərə uyğunlaşdırılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA