06-01-2015 [11:58]
Müğənni Rəqsanə İsmayılova mətbuat konfransı keçirib. Lent.az-ınməlumatına görə, ifaçı tədbirdə 2015-ci ildə görəcəyi işlərdən danışıb. O bildirib ki, hazırda başı müəllifi olduğu verilişin çəkilişlərinə qarışıb: "Mən heç vaxt qudurmamışam, qudurmaram da. Mən elə buyam. Aparacağım verilişi hansısa kişinin pulu ilə reallaşdırmıram. Buna Allah şahiddir. Heç kimin puluna ehtiyacım yoxudur. Düzdür, həyatımda biri var, çox xoşbəxtəm. Bizim təqdim edəcəyimiz layihə sırf cəzaçəkmə müəssisələrində baş tutacaq. Artıq bir neçə çəkilişimiz olub. Bu gün heç kim sığortalanmayıb ki, ora düşməyəcək. Hər adamın başına gələ bilər”.
İfaçı onu da əlavə edib ki, Türkiyədə konsert verəcək: "Hazırda martın 8-də İstanbulda verəcəyim konsertə hazırlaşıram. Konsert qabağı Azərbaycanda və Türkiyədə anonslar yayımlanacaq. Konsert "Qadın zorakılığına yox deyək” adı altında baş tutacaq. Hətta həmin gecəyə Türkiyənin bir neçə tanınmış müğənnisini də dəvət etməyi düşünürük. Türkiyədən qayıtdıqdan sonra həmin proqramla paytaxtımızda konsert verəcəm. Daha sonra 2 klipimi mediaya təqdim edəcəyəm”.
R.İsmayılova daha sonra deyib ki, Azərbaycan müğənnilərindən heç biri Türkiyə şou-biznesində qəbul olunmayacaq: "Kim nə deyir, desin. Bizim müğənnilər Türkiyənin şou-biznesinə qatıla bilməyəcək. Bu, mümkün deyil. Onlar bizi qəbul etmirlər. Mən orada olan zaman Ajda Pekkan və Tarkanla işləyən adamları gördüm. Hərəsi də əlində bir planla gəlib əyləşirlər qarşında. Ortada da heç nə yox. Onlar sadəcə bizi qaz kimi yolurlar. Türkiyədə heç bir sənətçimiz pul qazana bilməz. Mən Azəri Güneli çox istəyirəm. Amma orda yazıq qızı qoymurlar ki, qanad açıb, iş görsün. Ona o qədər də imkanlar vermirlər. Hətta efirə çıxanda ona ilişirlər. Seda Sayanın proqramında söz atmışdılar. Elə xalq artistlərimiz var ki, orda efirə çıxırlar, biabır olurlar. Ağızlarından gələni həmin xalq artistinə deyirlər, onlar da biabır olub, Azərbaycana qayıdırlar. Amma oradan bir müğənni Azərbaycana gələn zaman bilmirik ki, nə edək. Əl-ayağa düşürük. Türkiyədən bir müğənni gələndə konsertinə qaçaq-qaça gedirik. Amma yeri sənətçilərin konsertinə gedən yoxdur”.
R.İsmayılova bu yaxınlarda doğum gününü qeyd edən qızına da öyüd-nəsihət verib: "Sizin yanınızda qızıma ürək sözlərimi deyim. Çünki onun doğum günündə Bakıda olmayacam. Qızıma bir sürprizim var. Amma onun hələ də xəbəri yoxdur. Ona deyirəm ki, ağıllı olsun, hər zaman mənim sözümü eşitsin. O, 18 yaşına keçib, mən hələ də onu döyürəm. Həqiqi sözümdür. Bu həyatda çəkdiyim əziyyətlər qızlarım üçündür. İnşallah, karyeranı qur, Allahın köməyi ilə 25 yaşında icazə verəcəm ki, ərə gedəsən. Çünki bir xanım üçün ailə əsasdır. Mən səni 17-18 yaşında ərə verib, daha sonra boşatdırıb, yanımda oturdacamsa, bu mənə lazım deyil. Hər zaman Aysuna demişəm ki, qızım qadına yaşa dolduqca ər lazım olur”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi