Uşaqlara ən çox bu adlar qoyulur-SİYAHI

img

06-01-2015 [11:45]


Azərbaycanda yeni doğulan körpələrə ən çox qoyulan adlar açıqlanıb.

Mia.az-ın Ədliyyə Nazirliyinə istinadla verdiyi məlumata görə, ötən il ərzində yeni doğulan oğlan uşaqlarına daha çox Yusif adı qoyulub. Belə ki, bir il ərzində 3967 körpə bu adla adlandırlıb.

Növbəti yerlərdə Əli (2526), Hüseyn (2610), Məhəmməd (1446), Murad (1717) adları gəlir.

Qız uşaqlarına isə ən şox verilən ad Zəhra (3608) olub. İlk beşlikdə Nuray (2538), Fatimə (2504), Ayan (1694), Aylin (1803), Zeynəb (1693) də var.

Qeyd edək ki, bu adlar son beş il ərzində yeni doğulan oğlan uşaqlara verilən adlar arasında da liderlik edir. 2009-2014-cü illər ərzində 14128 körpə Yusif, 12877 isə Zəhra adlı körpə dünyaya gəlib. İlk üçlükdə isə qızlar arasında Nuray (11170), Fatimə (9870), Ayan (6372), oğalnalr arasında Əli (9581), Hüseyn (9299), Məhəmməd (6182) liderlik edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA