Sumqayıt icra hakimiyyətinin qeyri-adi “quruculuq” işi-FOTOLAR

img

06-01-2015 [11:27]


Azərbaycanda icra hakimiyyətlərinin qeyri-adi "quruculuq” işləri ilə bağlı mediada dəfələrlə xəbərlər yayılıb. Amma Sumqayıt şəhərində aparılan abadlıq zamanı edilən yeniliyin həqiqətən də analoqu yoxdur.

Bu haqda məlumat verən şəhər sakini bildirib ki, 36-cı məhəllə, Sülh küçəsində yerləşən binanın fasadı təmir olunur. Təmir zamanı binadakı bütün eyvanlar sökülüb. Əvəzində isə binanın əvvəllər pəncərə olmayan hissəsinə pəncərə qoyulub. Amma bu pəncərələr yalnız üzlükdədir. Yəni fasadda olan pəncərənin arxası divardır.

Bu haqda şikayət edən sakin deyir: "Təsəvvür edin ki, əməkdar memar İlqar İsbatovun layihə müəllifi olduğu bu layihədə binanın tininində pəncərə olmadığı halda pəncərə qoyublar. Bu biabırçılıqdır. Bütün bunların məsuliyyəti isə Sumqayıt şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun üzərinə düşür”.

Əvvəl belə olub...
2015-01-06-11-30-25tin-evvel.jpg (275×183)
İndi isə... 
2015-01-06-11-30-37tin-yeni.jpg (956×960) 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA