Etibar Pirverdiyevin "vurduğu" 3 idarə rəisindən biri həbs olundu - ÖZƏL

img

05-01-2015 [21:07]



Xəbər verdiyimiz kimi, bir neçə ay əvvəl «Azərenerji»nin prezidenti Etibar Pirverdiyev rəhbərlik etdiyi qurumun bütün tikinti və elektrik çəkilişi layihələrini həyata keçirən və dolayısı ilə özünə bağlı olan "Azenco" ASC-də 4 idarəni ləğv edən islahata imza atıb. 

Mia.az xəbər verir ki, sözügedən islahat qərarı ilə Mehman Şamilovun rəisi olduğu Elektrik Avadanlıqlarının Quraşdırılması, Təmiri və Sazlanması İdarəsini, Etibar Əhmədovun rəisi olduğu Yüksək Gərginlikli Elektrik Verilişi Xətlərinin Quraşdırılması İdarəsi, gürcü əsilli Ronaldın rəisi olduğu və «Azərenerji»ini dövlət əhəmiyyətli layihələrin icra edilməsi idarəsi, həmçinin tələbə yoldaşı Əbülfət Kamilovun rəisi olduğu Aşağı Gərginlikli Elektrik Verilişi Xətlərinin Çəkilişi, Yarımstansiyaların Tikintisi və Sayğacların Quraşdırılması İdarəsi bir əmrlə ləğv olunub. Etibar Pirverdiyev ləğv edilən idarələrin bazasında yaradılan yeni quruma – Elektrotexniki Avadanlıqların Quraşdırılması idarəsinə tələbə yoldaşı Əbülfət Kamilovu rəis təyin etdirib.

 Mia.az xəbər verir ki, işini itirən idarə rəislərindən biri, daha dəqiqi, Etibar Əhmədov bu günlərdə səs-küylü şəkildə həbs olunub. Onun həbsi, bu həbsdə "Azərenerji" və "Azenco" ASC-də kimlərin hansı səviyyədə maraqlı olmaları haqda sayta daxil olan məlumatları hələlik dəqiqləşdirmək mümkün olmayıb. Dəqiqləşdirmələrimiz davam edir. 

Mia.az




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA