UNO-ların sirri açıldı - VİDEOLAR, FOTO

img

05-01-2015 [14:57]


ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) UNO-larla bağlı açıqlama verib.

ANS PRESS-in məlumatına görə, MKİ 1950 və 60-ci illərdə ABŞ-da böyük marağa səbəb olan UNO obyektlərinin arxasında özlərinin olduğunu açıqlayıb. 50 il sonra gələn o etirafa görə, insanlara UNO olduğu deyilən obyektlər əslində MKİ-yə aid casus təyyarələr imiş.

Mərkəzi Kəşfiyyat İdarəsi bu sirri yarım əsr sonra açıqlayıb. Rəsmi twitter hesabından açıqlama verən MKİ UNO olduğu güman edilən naməlum obyektlərin gizli təyyarə layihələrinə aid olduğunu ifadə edib.

MKİ-nin hesabatında yer alan məlumata görə, 1954-1974 illəri arasında yerdən təxminən 19 min metr yüksəklikdə müşahidə və sınaq uçuşları həyata keçirilib. Hesabatda "U-2" təyyarəsinin yüksək hündürlükdə uçuşlar həyata keçirməsinin insanlar arasında çaşqınlığa səbəb olduğu və bu obyektlərin UNO olduğu zənn edilib.

Yüksəklikdə uçan təyyarələrin Günəşin şüasının düşməsi ilə görüntüsünün dəyişdiyini iddia edən MKİ bu görüntülərin UNO-lara aid olmadığını qeyd edib.
.












Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA