05-01-2015 [13:55]
Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov rayon sakinləri olan məcburi köçkünlərin evlə təminatı məsələsini alverə çevirib.
Bu barədə Mia.az-a verilən məlumata görə, «Qaçqınkom»un rayonda birbaşa nümayəndəliyi olmadığından icra başçısı bu prosesi çox rahatlıqla həyata keçirir: «Xocavəndlilərin mənzillə təminatı ancaq və ancaq icra başçısı Eyvaz Hüseynovun barmağının işarəsindən aslıdır. Onun barmağı isə ancaq və ancaq iki min manatdan başlayan rüşvətlə qalxıb, enir. Nə qədər qəribə səslənsə də, icra başçısının bu "kampaniyası"nda nə onun humanitar məsələlər üzrə müavini Əfsanə Quliyeva, nə köməkçisi, nə də ərazi idarəetmə və yerli orqanlarla iş şöbəsinin müdiri Allahverdi Qaraşov iştirak edir.
Ev, mənzil şəraitinin yaxşılaşdırılması üçün köçkünlərlə «söhbəti» birbaşa başçının aqrar məsələlər üzrə müavini Rəfael Mustafayev aparır. O, Eyvaz Hüseynovun müavini olmaqla yanaşı, özünü «Qaçqınkom»un Xocavənd üzrə rəsmi nümayəndəsi kimi aparır. Açıq şəkildə Xocavəndli köçkünlərin mənzil təminatı üçün pul yığırlar. Sözsüz ki, bu, birbaşa hörmətli Əli Həsənovun nüfuzuna zərbədir. Amma adıçəkilən şəxsləri komitə sədrinin nüfuzu və dövlətin apardığı uğurlu işlər maraqlandırmır. İcra başçısının əsas düşüncəsi İqtisad Universitetində oxuyan oğlunun gələcək təminatıdır».
Məlumatda iddia olunur ki, Eyvaz Hüseynovla Rafael Mustafayev hətta Bakıda rəsmi qeydiyyatda olan bəzi şəxslərin Ağcabədidə xocavəndli köçkün kimi çoxotaqlı mənzil almasına şərait yaradıblar: «Halbuki, qanun və mövcud təlimatlar buna imkan vermir. Lakin belə faktlar mövcuddur. Bundan əlavə, Bakıda illərdir kirayə qalan məcburi köçkünlərə belə imkan tanınmayıb. Eyni zamanda, icra başçısı ilə müavini mənzil bölgüsündə ailə tərkibinə də əhəmiyyət vermirlər».
Müsahiblərimiz bildirir ki, Eyvaz Hüseynovun əməlləri bununla da bitmir. Başçı və onun aqrar məsələlər üzrə müavini rayona məxsus örüş sahələrini Bakıda yaşayan iş adaamlarına satıblar:
«Onlar isə torpağın təyinatını dəyişərək, əkin məqsədiylə istifadə edirlər. Təbii ki, bu qanunsuzluqda keçmiş aqranom, hazırkı müavin Rafael Mustafayevin də rolu az deyil.
Düşünürük ki, kənd təsərrüfatı naziri Heydər Əsədov bizim rayon üzrə də yoxlama aparmaqla, bu vəziyyəti qaydaya qoya bilər...».
Sakinlərin verdiyi bu və ya digər məlumatlarla bağlı qarşı tərəfin mövqeyini öyrənə bilmədiyimizdən hələlik bəzi məqamlara toxunmadıq.
Yeri gəlmişkən, Eyvaz Hüseynov 23 ildir icra başçısı vəzifəsində işləyir. O, 02 iyul 1992-ci ildə Xocavənd rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Tərəfləri də dinləməyə hazırıq.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi