XƏBƏRDARLIQ: Azərbaycanda infarktlar artacaq

img

05-01-2015 [13:09]


"Hava şəraiti (fəsil dəyişiklikləri) ilə əlaqədar əksər ölkələrdə, o cümlədən Azərbaycanda, eləcə də Bakıda oktyabr-noyabr, mart-aprel aylarında infarkt, insult kimi xəstəliklər iyul-avqust, dekabr-yanvar aylarına nisbətən çox olur". Bunu Lent.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin tibbi profilaktika kafedrasının müdiri, professor Aydın Məmmədov bildirib. Kafedra müdirinin sözlərinə görə, hər kəs yanvarda havanın soyuq, iyulda isə isti olmasını bilir. "Yəni orqanizm fəsillərə uyğun özünü tənzimləyə bilir. Lakin oktyabr-noyabr, mart-aprel aylarında hava şəraiti tez-tez dəyişir. Ona görə də qeyd etdiyim aylarda infarkt xəstəliklərinə daha çox rast gəlinir”.
 
Professor bildirib ki, buna görə profilaktik tədbirlər görülməlidir: "Meteohəssas insanlar, yaşlı şəxslər, xroniki xəstəlikləri olanlar adi hava dəyişkənliyinə dözə bilmirlər. Yəni hava dəyişmələri bu cür insanlarda xəstəliklərin artmasına səbəb olur. Həmin şəxslər hava dəyişkənliyi dövründə dərman qəbul etməli, açıq hava şəraitinə çox çıxmamalı və riskli işlər görməməlidir”.
 
A.Məmmədov vurğulayıb ki, bu ilin mart-aprel, oktyabr-noyabr aylarında Azərbaycanda infarkt, insult xəstəliklərinin sayında artım olması istisna edilmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA