Səfər Əbiyevin yaxınları danışdı- “O, geri dönəcək”

img

05-01-2015 [12:49]


Azərbaycanın keçmiş müdafiə naziri Səfər Əbiyev Çexiyada vətəndaşlıq alması barədə xəbərləri təkzib edib. 

Mia.az xəbər verir ki, keçmiş nazirin yaxınlarından biri Turan-a açıqlamasında yayılan məlumatın doğru olmadığını bildirib: "Belə məlumatlar tamamilə əsassızdır. Hazırda o, xaricdə müalicə olunur və tezliklə geri dönəcək”.

Çexiyanın Azərbaycandakı səfirliyi S.Əbiyevin bu ölkədə vətəndaşlıq almasını təsdiqləməyib.

"Bizdə S.Əbiyevin Çexiyada vətəndaşlıq alması barədə məlumat yoxdur”, - səfirliyin nümayəndəsi bildirib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bu məlumatı şərh edərkən bildiriblər ki, S.Əbiyev 2014-cü ilin martında Silahlı Qüvvələrdən kənarlaşdırılıb.

S.Əbiyevin vətəndaşlıq alması barədə məlumat şənbə günü Facebook istifadəçisinə istinadla yayılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA