Azərbaycanlı milyarderin oğlu mühəndis işləyir- 7 milyardın tək varisi

img

05-01-2015 [12:37]


Rusiya mətbuatı bu dəfə "Lukoyl”un prezidenti Vahid Ələkbərovun oğlu ilə bağlı maraqlı fakt açıqlayıb. "Qafqazinfo” xəbər verir ki, milyarderin oğlu Yusif Ələkbərovun Rusiyanın Koqalım şəhərində adi mühəndis işlədiyi məlum olub.


Hələ ötən il iş adamı yeganə varisi olan 24 yaşlı oğluna səhmlərini və neft şirkətlərini bircə şərtlə ötürəcəyini bildirmişdi. Həmin şərtlərə səhm paketlərini parçalamamaq və bölməmək və karyerasına neft maqnatının babası və atası kimi ən aşağı pillədən başlamaq daxil idi.

Koqalımda olan mənbənin sözlərinə görə, Ələkbərovun oğlu adi mühəndisdir və heç də işi kabinetdə oturmaqdan ibarət deyil.

Qeyd edək ki, sosial şəbəkələrdə aktiv olan Yusif Ələkbərov bahalı avtomobillər, yaxtalar, restoranlar, biz sözlə, dəbdəbəli həyata düşklünlüyü ilə diqqət çəkir. Lakin Ələkbərovun oğlu atasının 7,6 milyardlıq sərvətinə sahib olmaq üçün qarşısına qoyulan şərtləri yerinə yetirməkdən başqa çıxış yolu yoxdur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA