05-01-2015 [10:12]
Sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin Çexiya vətəndaşı olması ciddi rezonans doğurub. Axar.az-ın yaydığı bu xəbər sürətlə portallarında tirajlandı, sosial şəbəkələrdə müzakirəyə çıxarıldı və iki gündür ki, müxtəlif fikirlər irəli sürülür.
***
Keçmiş hərbi nazirin belə qısa zamanda hansı yolla Avropa ölkəsinin vətəndaşlığını əldə etməsi isə ən açıq suallardan biri kim qalır. Lakin gələn xəbərlərdə S.Əbiyevin lap əvvəldən bu ölkə ilə əlaqələrinin olduğu, tez-tez Praqaya gedib-gəldiyi, hətta Çexiyada mal-mülkə sahibləndiyi, biznesini inkişaf etdirdiyi iddia edilir.
Hətta mətbuatda bir müddət əvvəl yayılan məlumatda sabiq nazirin Karlovı-Varı bölgəsində malikanəsi olduğu, o cümlədən bu ölkədə cərahiyyə əməliyyatı olunduğu yazılmışdı.
S.Əbiyevin nazir postundan kənarlaşdırılandan sonra bu ölkəyə daha intensiv səfər etdiyi bildirilir. Bu mənada çex vətəndaşlığını alması bu ölkənin rəsmiləri ilə sıx təmaslardan sonra hər halda çətin olmamalıdır. Eyni zamanda, sabiq nazirin Yeni ili Çexiyada qarşıladığını yazmağımız da Əbiyevlərə yaxın qaynaqlar tərəfindən təkzib edilmir.
***
Axar.az-la adının hallanmasını istəməyən, S.Əbiyevə yaxınlığı ilə tanınan yüksək rütbəli zabit əlaqə saxlayıb. Zabitin verdiyi məlumata görə, eks-nazir həqiqətən Çexiyadadır, orada istirahət edir və Yeni ili bu ölkədə qarşılayıb. Bununla belə, o, Əbiyevin Çexiya vətəndaşı olduğunu təkzib edib və əlavə edib ki, onun bu ölkədə heç bir mülkü yoxdur.
Zabitin son qeydlərini alt-üst edən fakt isə keçmiş ordu rəhbərinin oğlu Murad Əbiyevin adına Çexiyada mülk olması faktıdır(SənədləBURADAtanış ola bilərsiniz)
S.Əbiyev haqda yayılan xəbərlərin müzakirəsi fonunda redaksiyamıza bir başqa qaynaqdan göndərilən sənədin skrinşotunda Murad Əbiyevin Çexiyada malikanəsi olduğu göstərilir. Sənədin Praqa Bələdiyyə Məhkəməsi tərəfindən verildiyi qeyd edilib.
Çex saytlarında çıxan məlumatlarda isə Dilarə, İana, Ruslan və Murad Əbiyevlərin adına daşınmaz əmlak çıxır. Eks-nazirin həyat yoldaşının daha əvvəldən Çexiya vətəndaşı olması haqda xəbərlərin yayılması da bu iddiaları gücləndirir.
***
Xüsysulə vurğulayaq ki, Səfər Əbiyev Milli Ordunun sərəncamda olan generalıdır və uzun müddət nazir vəzifəsi daşıyan şəxs olaraq onun ölkəni tərk etməsi və yaxud hansısa ölkənin vətəndaşlığını alması qəti qadağandır. Çünki o, dövlətimiz üçün önəmli olan sirlərə sahib ola bilər və generalın ölkədən getməsi həmçinin onun özünün təhlükəsizliyini ciddi şəkildə təhdid edir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi