Generalı niyə işdən çıxarıblar? - Polkovnikdən yeni iddia

img

04-01-2015 [13:47]


Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general Həsən Şirinovun prezidentin kortejini dekabrın 27-də "Koroğlu" metrosu yaxınlığında yanlış istiqamətə yönəldərək tıxaca salmasına görə işdən qovulması xəbərinə Milli Qvardiyanın keçmiş komandiri, polkovnik Əzizağa Süleymanovdan maraqlı açıqlama gəlib.

Polkovnik bildirib ki, bu cür iddia irəli sürənlər prezidentin kortejinin yola salınıb qarşılıanmasına cavabdeh olan qurumların və şəxslərin kimliyini bilməyənlərdir:

"Bu bir hərbi sirr olduğu üçün detallarını tam açıqlaya bilmərəm. Mühafizə Xidmətinin rəisinin əlində ən azı 3 variantda marşurut istiqaməti var. Məhz o, bütün istiqamətdə hərəkəti tənzimləyir. Bütün ehtimallara və gözlənilməz situasiyalara da o cavabdehdir, Onun xidmətində isə kəşfiyyat və əks kəşfiyyat var.  Polis kimdir ki, hərəkət marşurutundan qabaqcadan xəbərdar olsun. Ya Həsən Şirinov olsun, ya da ki, qeyrisi, bütün hərəkət marşurutuna cavabdeh xidmət rəisidir. Yalnız o deməlidir ki, kortej sağ və ya sola istiqamətlənsin. Bu birmənalı olaraq təhlükəsizlik baxımından qanundur. Ona görə də hesab etmirəm ki, Həsən Şirinovu buna görə vəzifədən kənarlaşdırıblar. Ola bilsin başqa səbəblər olub".

Moderator.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA