Məhkəmə qərar verdi, "Azəriqaz" saymadı - Piket olacaq

img

04-01-2015 [12:48]


Ötən ilin iyun ayından "Azəriqaz" İB-nin Nəsimi rayon Qaz İstismarı Sahəsindən ixtisara salınan Qarabağ müharibəsi əlilləri Əhməd Rəhmanovla Adil Süleymanov aksiyaya hazırlaşırlar.

Bu barədə Mia.az-a məlumat verən adıçəkilən şəxslər bildiriblər ki,  dekabrın sonunda "Azəriqaz"ın hüquq şöbəsinin rəisi Elbrus Məmmədov onları qəbul edib: "Biz işdən qanunsuz azad olunduğumuz üçün məhkəməyə verib qalib gəlsək də, hələ də işə bərpa olunmamışıq. Ona görə, hesab etdik ki, bizi qəbul edən zaman şad xəbər veriləcək. Ancaq E.Məmmədov dedi ki, bizi yenidən öz yerimizə qaytarmaq mümkün deyil. Cünki orda artıq boş ştat yoxdur, yəni Azərbaycanın məhkəmə qətnamələri boş şeydir. O, bizə təmir-tikinti idarəsində iş təklif etdi. Dedi əgər istəməsək, işi Ali Məhkəməyə verəcəklər.Üstəlik, o da bildirildi ki, məhkəmə qərarında göstərilən məcburi iş buraxma dövrünün əmək haqqı da bizə veriləməyəcək".

Şikayətçilər bildirirlər ki, onlar bu təklifdən imtina ediblər: "Biz əlillər yenə də məhkəmə qərarının icrasında israrlı olduq. Əlavə etdik ki, Nəsimi QİS-də bizlə vaxtı ilə işləyən 12 nəfərdən 6-sı öz yerində qalıb, sonradan 2 nəfərdə əlavə qəbul işə qəbul olunub. Lakin bu faktla bərabər, məhkəmə qərarının icrasından imtina olundu. Biz isə hüquqlarımız uğrunda sonadək mübarizə aparmaq niyətindəyik. Bunun üçün də yanvarın 15-20-si aralığında ARDNŞ-in qarşısında aksiya keçirmək ucun Baki Şəhər İcra Hakimiyyətinə müraciət edəcəyik".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA