DİN-nin vəzifəli şəxsinin oğlu gənc alimi ölümcül döydü - FOTOLAR

img

03-01-2015 [20:40]


Əslən Şərur rayonundan olan gənc alim Elyar Vəlisoy Bakının mərkəzində vəhşicəsinə döyülüb. Onu döyən şəxsin polisdə yüksək vəzifə tutan vəzifə sahiblərindən birinin övladı olduğu bildirilir. 

Azinform.az-a bu məlumatı jurnalist İlqar Qulusoy verib. Jurnalistin sözlərinə görə, alim heç bir səbəb olmadan  belə hücuma məruz qalıb:

 «BAKIDA POLİS RƏİSİNİN OĞLU ŞƏRUR RAYON SAKİNİNİ YAŞADIĞI BİNANIN BLOKUNDA VƏHŞİCƏSİNƏ DÖYÜB.

ZƏRƏRÇƏKƏN  ELYAR VƏLİSOY EVİNƏ QALXARKƏN RƏİSİN OĞLU ONCƏ ONU AYAĞINDAN VURUB YIXIB, SONRA DÖYMƏYƏ BAŞLAYIB .DEYİB Kİ, BAZLIQDAN GƏLİRƏM İŞİM ALINMAYIB, ONA GÖRƏ DƏ ACIĞIMI SƏNDƏN ÇIXIRAM».

Zərərçəkən isə başına gələn hadisəni belə nəql edib:

” 01 yanvar 2015-ci il tarixdə yaşadığım binaya daxil olub evə qalxdığım  zaman, blokda tanımadığım şəxsin arxadan başımdan vurduğu zərbə nəticəsində daş döşəmənin üstünə  yıxılıb, huşumu itirmişəm. Ayılanda tanımadığım şəxsin mənə güclü zərbə vurduğunu gördüm.  Sifətimdə çoxsaylı xəsarətlər yaranıb. Dişlərim, dodaqlarım ve burnumda ciddi yaralar əmələ gəlib. Həmçinin zərbə ilə vurulub yerə yıxıldığım  zaman baş nahiyəmdən güclü xəsarət almışam. Sinə və qabirğalarımda, ayaqlarimda xəsarətlərim var. Həmin vaxt 102 xidmətinə zəng  vurub şikayət etmişəm. Məlum olub ki, məni vuran şəxs Baki  Şəhər Baş Polis İdarəsində yüksək vəzifə daşıyanlardan birinin övladıdır. Həmin şəxs Bakida Aga Nemətulla küçəsi 49b, mənzil 13 də yaşayir. Məni vurub xəsarət yetirən şəxsin  atasi məni zorla dartaraq binanın həyətinə düşürdü. Orada mənə dedi ki, polisdə yüksək vəzifə daşıyır. Şikayət edəcəyim halda, evimə narkotik atacağını, gecə ilə məni evimdən aparacağını, başıma oyun açaraq yox etdirəcəyilə hədələdi. Boğazımdan yapışaraq məni divara vurdu.  Bunun nəticəsində boğazımdan  da xəsarət almışam. Hal hazırda həmin yüksək vəzifəli məmur istintagin gedişatına mane olur və məni hədələməkdə davam edir”.

Azinform.az olaraq biz ailimi döyən şəxsin atasının doğrudan da polisdə yüksək görəv daşıyıb-daşımaması haqda heç bir iddia irəli sürə bilmərik. Hər halda, ortada ciddi faktlar var və polisin özü bu cinayətin açılmasında maraqlı olmalıdır.  Xatırladaq ki, nə polisdə işləmək, nə də özünü orda işləyən kimi qələmə vermək bu ailəni məsuliyyətdən kənarda saxlaya bilməz. Şikayətçi özünü vəzifəli polis kimi təqdim edən şəxsin dəqiq adını və soyadını bilmədiyi üçün, biz DİN-in müvafiq strukturlarına konkret sorğu ilə müraciət etmədik. Yazıda adları keçən şəxslərin də mövqeyinə yer verməyə hazırıq.

Screenshot_2015-01-03-16-37-36

doy2




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA