Səfər Əbiyevdən şok addım; keçmiş nazir Çexiya vətəndaşı oldu

img

03-01-2015 [12:32]



Sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Yeni ili Çexiyada qarşılayıb. Keçmiş nazir bu ölkədə aldığı mülkündə bayramı qeyd edib və eyni zamanda, sözügedən ölkənin vətəndaşlığını alıb. 

Mia.az Axar.az-a istinadən xəbər verir ki, keçmiş nazirin artıq ikili vətəndaşlığa sahibləndiyi iddia olunub. Yəni o, Azərbaycanla bərabər, Çexiya vətəndaşı statusuna da yiyələndiyi bildirilir.

Məlumatda qeyd olunur ki, bu xəbəri Çexiyada yaşayan azərbaycanlı Zamiq Məmmədli "Feysbuk" səhifəsində paylaşıb. 

Bu xəbərin nə dərəcə doğru olduğunu iddia etmək çətindir. Ən azından ona görə ki, Azərbaycan qanunları ikili vətəndaşlığa imkan vermir. 

Mia.az xəbər verir ki, bir neçə il əvvəl Azərbaycanda qanunvericilik dəyişib və bununla da ölkə vətəndaçlarının ikilli vətəndaş olmaq şansi itib. Ona görə də sabiq nazirin barəsində yayılan bu xəbərin səhihliyi şübhə dourur. Əgər həqiqətən də o, Çexiyada mülk sahibi olmaqla vətəndaşlıq alıbsa, o zaman Azərbaycan vətəndaçlığı statusunu itirməlidir. Digər yandan, bu məlumatı müvafiq orqanlardan gizlədərsə, o zaman hazırkı qanunlarımıza görə sabiq naziri cəza gözləyir. 

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA