General səhv etdi, yol polisindəki vəzifəsini itirdi

img

01-01-2015 [23:40]


Bakı Şəhər Baş Polis İdarəsinin rəsi müavini, general-mayor Həsən Şirinov yenə də prezidenti müşayiət etmək hüququndan məhrum olunub.

Bu barədə virtualaz.org saytı hüquq-mühafizə orqanlarından əldə etdiyi xəbərə istinadən məlumat yayıb. Nəticədə, H.Şirinov yenə də prezidenti müşayiət etmək hüququndan məhrum edilib. Məlumata görə, H.Şirinov şəhərdə yaranmış tıxacda yenə özünü itirib. Nəticədə president İ.Əliyevin korteji yenə tıxacda qalıb.

Xəbərə görə, hadisə dekabrın 26-da prezidentin korteji "Koroğlu” stansiyasının yaxınlığından keçərkən baş verib. Plana görə, prezident korteji hərəkətin məhdudlaşdırıldığı küçələrdən keçməli imiş. Lakin H.Şirinovun səhvi ucbatından karvan başqa küçəyə burulub. Bu isə kortejin uzun tıxacın yaşandığı küçəyə dönməsi ilə nəticələnib.

Çox maraqlıdır ki, H.Şirinov prezidentin kortejinin tıxaca düşməsi ilə bağlı artıq ikinci dəfədir öz vəzifəsini itirir.

Əvvəlki insident prezident İ.Əliyev Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadzenin vəfatı ilə bağlı başsağlığı vermək üçün səfirliyə gedərkən baş vermişdi.

Qaydaya görə, prezidentin kortejini Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi rəisinin müavini, general-mayor Həsən Şirinov müşayiət edir.

H.Şirinovun sürcüsü yolu səhv salaraq "Gənclik” tərəfə aparan tunelə girib. Sonradan bəlli olub ki, buna general H.Şirinovun sürücüsünün günahı olub. Prezidentin korteji tıxacdan çıxandan sonra generalın maşını əlindən alınıb. Sonra isə sürücü polis orqanlarından qovulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA