Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyətindən iki mükafat - FOTO

img

31-12-2014 [20:52]



Bu gün Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti (AQƏC)  31 Dekabr Dünya Azərbaycanlıları Həmrəylik Günü münasibətilə İzmirdə "Səftərihisar Euphoria” Hotelində tədbir keçirib.

Mia.az-ın məlumatına görə, Türkiyə ictimaiyyətinə Azərbaycanın yaxından tanıdılması, Türkiyə-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsinə töhfə vermək amacı ilə təsis olunan AQƏC, bu istiqamətdə fəaliyyət göstərən qurum və fərdlərə, o cümlədən İzmir Universitetlərində təhsil alan azərbaycanlı tələbələrə təhsillərini müvəffəqiyyətlə başa vurmağa da yardımını əsirgəmir.
 
Tədbirdə cəmiyyətin idarə heyətinin üzvləri, qeyri-hökümət təşkilatlarının sədrləri, iş adamları, İzmirdə fəaliyyət göstərən azərbaycanlı müəllimlər və müxtəlif peşə sahibləri iştirak ediblər.

31 Dekabr Dünya Azərbaycanlıları Günü ilə bağlı iştirakçılara məlumat veriləndən sonra söz alan cəmiyyət sədri Dr.Asif Qurban qonaqları salamladıqdan sonra cəmiyyətin gələcək planları haqqında danışıb. Natiq, cəmiyyətin bundan sonra da önəmli və qalıcı fəaləyyətlər həyata keçirəcəyini vurguladı və bunun üçün hər kəsi cəmiyyət ətrafında sıx birləşməyə dəvət edib.

Daha sonra cəmiyyətin idarə heyətinin almış olduğu bir qərar haqqında tədbir iştirakçılarına məlumat verilib. Bu, ilk əvvəl İzmirdə daha sonra Türkiyədə olmaq üzərə, il ərzində müxtəlif sahələrdə fəaliyyət göstətən şəxs və qurumlardan öz fəaliyyətlərində Azərbaycanla bağlı işlər görənləri seçərək onları ilin "Azərbaycanın Dostu” mükafatı ilə mükafatlandırılması qərarı idi.

Cəmiyyət 2014-cü  il üçün bir qurum və bir şəxsi mükafata layiq görüb. 

Mükafat qurum olaraq öz fəaliyyətində Azərbaycan və Türk Dünyasına önəmli yer verən Mədəniyyət, Təhsil və İdman Cəmiyyətinə və İzmirdə 40-a yaxın təşkilatı bir araya gətirən Xocalı Platformunun təşkilatçılarından biri Zəkəriyya Doğana verilib. Asif Qurban "2014 İli Azərbaycanın Dostu Qeyri-Hökümət Təşkilatı” mükafatını cəmiyyətin sədri Kenan Doğana təqdim edib.

 Kenan Doğan, bu mükafatın ona təqdim olunmasından məmnunluq duyduğunu, bundan sonra da bu yöndə fəaliyyətlərinə davam edəcəyini bildirib.

Digər mükafata isə İzmirdə fəaliyyət göstərən, geniş bir dinləyici kütləsinə sahib olan "Can Radyo” da siyasət verilişi hazırlayan və aparan Doğan Beyazgül layiq görülüb.
 
"2014 İlin Azərbaycanın  Dostu Medya İşçisi” adlanan bu mükafatı Müstəqil Sənayeci İş Adamları Assosasiyasının İzmir şöbəsinin sədr müavini Hakan Şəkərci təqdim edib.

Doğan Beyazgül də mükafat üçün təşəkkür edərək bildirib ki, müxtəlif zamanlarda Türkiyə mətbuatında Azərbaycan əleyhinə çıxışlar olub və son dönəmlərdə erməni tərəfdarlarının aktivləşib. D.Beyazgül bundan sonra da var gücü ilə Azərbaycan gerçəklərininTürkiyə ictimaiyyətinə çatdıracağını vurğulayıb.
 
Tədbirdə iştirak edən qonaqlar sonda İstanbulda yaşayan, "O Səs Türkiyə” yarışmasında Azərbaycanı layiqincə təmsil edən, gənc sənətçi Elgün Quliyev və İzmirdə hər zaman Azərbaycan musiqisinin təbliğində böyük əməyi olan sənətçi Erdal Baydarın doyumsuz musiqiləri ilə əyləncəli anlar yaşayıblar.

Tədbir eyni zamanda insanların bir-birlərilə tanışlığı, yeni əməkdaşlıqların qurulması ilə də yadda qalıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA