Yoxsullar Yeni iliniz Mübarək Olsun!

img

31-12-2014 [11:55]



Əziz və hörmətlə heçdə qarşılanmayan Yoxsul və Səfalətə düçar olan Qardaş və Bacılar !
Sizləri 2015 – ci il Yeni il münasibəti ilə təbrik edib , hər birinizə can sağlığı , uzun ömür arzulayıram . Arzu edirəm 2015 il Qoyun ili – İnsan ili ilə əvəzlənsin.
Hər bir yoxsula arzu edirəm 2015 – ci ildə özü – özünün yoxsul olmadığını hiss etsin və özünüzün , ailənizin , körpələrinizin müalicə alıb sağalmasına və normal qidalanmağınız üçün ciblərinizdə pulunuz olsun .
Bu gözəl Yeni ildə problemlərinizin həllini Allah Nazir ümüdünə qoymasın , çörəyiniz bol olsun , ruzunuz davamlı olsun , heç vaxt yoxsul olmayasınız , səfalət üzü görməyəsiniz.
Bu gözəl Yeni ildə dərdinizi özünüz deyib – özünüz eşitməyəsiniz. Dərdinizi eşidən birisinin olmasını arzulayiram .
Bu Yeni ildə Allahdan arzu edirəm , Qul Haqqını – Yoxsulun haqqını yeməsinlər , Yoxsulun vicuduna baxıb qəsdən işindən azad etməsinlər , əlavə işlətdikləri vaxtlarda , kiminsə pulunu mənimsəməsinlər , Yoxsulun son əmək haqqını mənimsəyib , üstündən su içməsinlər.
Bu Yeni ildə Allahdan arzu edirəm yoxsulların problemləri heç olmasın , haqqları taptalanmasın , Yoxsulların banklara qoyduğu pullar mənimsənilməsin , yoxsulların halal pulları özlərinə qaytarılsın .
Bu yeni ildə Yoxsullara arzu edirəm Dövlətin verdiyi " Qiymətli kağızın " – talehinə yenidən baxılsın .
Bu Yeni 2015 – ci ildə Dövlət öz vətəndaşının Yoxsulların Sosial Təminatçısı olsun .
Bu Yeni ildə Yoxsullara arzulayıram ki , səs verib çeçdiyimiz - ceçdiyiniz Deputatımızın öz seçiciləri ilə geniş formatda heç olmasa bir dəfə görüşmək imkanlarınız olsun .
Bu Yeni ildə bütün yoxsullara növbəti Parlamentə sizlərin mənafeyini düşünən , dərdinizi anlayan , problemlərinizə biganə qalmayan , problemin həlli yolunda daima yoxsullarla maraqlanan , dərdinizi Parlamentdə qaldıran Deputatlarınızın seçilməsini arzulayıram .
Bu Yeni ildə arzu edirəm mərdi qova – qova namərd etməsinlər,
Bu yeni ildə arzu edirəm haqqı nahaqqa qurban verməsinlər , ayrıseçkilik olmasın ,
Bu Yeni ildə hər bir yoxsulun probleminin ədalətli və məntiqlə baxılmasını arzulayıram.
Bu Yeni ildə İmkanlılar imkansızları , yoxsulları əzməsinlər , yoxsulların evlərini yıxmasınlar.
Bu yeni ildə Torpaqlarımız işğaldan azad edilsin .

Yoxsul – yoxsula nə gündə və nə zaman GƏRƏK ! = YENİ İLDƏ !
Yeni il tək Təqvimlə ölçülmür . Yeni ilin gəlişi əslində 137 manat Ünvanlı Sosial Yardım alan yoxsullar üçün - yaxud onuda ala bilməyən yoxsul insanlar üçün gəlir ki , yoxsulluq 2014 – cü ildə qalmış olsun . Yeni ilin gəlişi əslində kasıb , yoxsul və yoxsullara həmrəy olan onlara kömək etmək istəyən insanların yeni ilidir ki , bir birilərini təbrik edib bir – birilərinə ümüd vermiş olsunlar. Yeni ilin gəlişini bayram əhvalında qarşılamaq pis günlərdən azad olmaq üçün , Arzu – diləmək – problemlərdən çıxmaq , xoş gün – güzarana arzulamağa görə Yeni il deyilir .
Bu Yeni ildə Yoxsulluğu tanınan və tanılılmayan bütün Yoxsullarımıza can cağlığı , uzun ömür , xəstələnməmək , pula ehtiyacı olmamaq , problemlərini həll etmək istəməyən vəzifə sahiblərinə üz tutmamaq arzu edirəm .
Və bu yeni 2015 – ci il münasibəti ilə Allahdan arzu edirəm ki , hər bir yoxsul yuxusunda Padşah görsün – Çəki balığı və Pul görsün ki . bəlkə yuxuları çin çıxıb problemləri həll ola .
Bu Yeni ildə Yoxsullara uzunömürlü olub pensiya yaşına çatmağı arzulayıram ki ,təqaüd almaq nəsib olsun.
Yeni İliniz Mübarək Yoxsullar ! Allah bu Yeni ildə bütün yoxsulların köməyi olsun , həyatınız problemlərsiz ötüşsün , təbiət insanlardan küsməsin və Yeni illərimizi qar şənlikləri ilə keçirək. Hər kəsin Yeni ili Mübarək.

Hörmətlə
Tofiq Məhərrəmov
31.12.2014 il
a

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA