Ukrayna və Gürcüstan alimlərindən Azərbaycan jurnalistinə təbriklər

img

30-12-2014 [23:22]


Professor Qulu Məhərrəmlinin ünvanına yubiley təbrikləri ara vermir. Aldığımız məlumata görə, Azərbaycan Mətbuat Şurası, "Yeni Nəsil” Azərbaycan jurnalistlər birliyi, Azərbaycan Peşəkar Rejissorlar Gildiyası, Azərbaycan Reklamçılar İttifaqı kimi yerli qurumlarla yanaşı, ABŞ, Almaniya, Fransa, Hollandiya, Polşa, Rusiya və Türkiyədə fəaliyyət göstərən bir sıra media orqanları və diaspor təşkilatlarının nümayəndələri də görkəmli jurnalisti 60 illik yubileyi münasibətilə təbrik ediblər.

Yubilyarın ünvanına təbrik göndərənlər arasında dünya şöhrətli dramaturq və yazıçı, Oskar mükafatçısı Rüstəm İbrahimbəyov, həmçinin Rusiya EA Şərqşünaslıq İnstitutunun direktoru, "Dialoq Avrasiya Platforması” beynəlxalq təşkilatının fəxri sədri, akademik Rostislav Rıbakov da var. Bundan başqa T.Şevçenko adına Kiyev Dövlət Universitetinin Jurnalistika institutunun direktoru, professor Vladimir Rizun, Ş. Rustaveli adına Tbilisi Dövlət Kino və Teatr institutunun Audiovizual sənətlər üzrə Dissertasiya Müdafiəsi Şurasının sədri, professor Tamara Bokucava, İstanbu Universitetinin Kommunikasiya fakültəsinin dekanı, professor Aydəmir Okay və başqaları da Qulu Məhərrəmlinin ünvanına təbrik göndəriblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA