Zakir Qaralov əmr verdi; İki böyük şəhərə prokuror təyinatı oldu

img

30-12-2014 [16:57]


Azərbaycan prokurorluq orqanlarında yeni təyinatlar olub.


Baş prokuror Zakir Qaralovun imzaladığı əmrlərlə Bakı şəhər prokurorunun müavini Fazil Həsənəliyev tutduğu vəzifədən azad edilərək Gəncə şəhər, Suraxanı rayon prokuroru Sərdar İmanov isə tutduğu vəzifədən azad edilərək Sumqayıt şəhər prokuroru vəzifələrinə təyin ediliblər(apa).


Qeyd edək ki, bir müddət əvvəl Gəncə şəhər prokuroru Adil Vəliyev və Sumqayıt şəhər prokuroru Dağlar Zeynalov tutduqları vəzifədən azad olunublar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA