Azərbaycanda məmurlara cərimə tətbiq olunacaq - Dəyişiklik

img

30-12-2014 [15:25]


Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib.

Dəyişikliklər barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsini sədri Əli Hüseynli məlumat verib.

Dəyişikliyə əsasən, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr, qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas ixrac boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər çərçivəsində fəaliyyət üzrə vergi hesabatlarının əsas olmadan müəyyən edilən müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə (həmin sazişlərdə başqa qaydalar nəzərdə tutulduğu hallar istisna olmaqla) görə vəzifəli şəxslər 50 manat miqdarında cərimə edilir.

Bundan başqa, "Dövlət rüsumu haqqında" qanunla müəyyən edilmiş hallarda və qaydada dövlət rüsumunun tutulması barədə hesabatın müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər 50 manat miqdarında cərimə olunacaq.

Qeyd edək ki, dəyişikliklər səsə qoyulaq qəbul edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA