30-12-2014 [15:10]
30 Dekabr 2014-cü il tarixində Beynəlxalq Mətbuat Mərkəzində Vətəndaş Hüquqlarının Müdafiəsi Naminə Hüquq Müdafiə Təşkilatının təqdimat tədbiri keçirilib. Tədbirdə ictimai xadim və mətbuat işçiləri iştirak edib.
Tədbiri giriş sözü ilə VHM sədrinin ictimai məsələlər üzrə müavini Vüqar Ələkbərov açıb. O bildirib ki, VHM-in yaranma zərurəti vətəndaşlarla dövlət arasında körpü rolunu oynamaq, Azərbaycan insanının maarifləndirilməsinə xidmət etməkdir.
Daha sonra VHM sədrinin Beynəlxalq Əlaqələr üzrə müavini Tural Əliyev çıxış edib. T. Əliyev qeyd edib ki, VHM bitərəf təşkilatdı.Heç bir siyasi partiyanın və siyasi qanadın üzvü deyil və dəstəkləmir. Siyasi mübarizə aparmır. Hər bir vətəndaşın,cinsindən,siyasi baxışından,sosial mənşəyindən,irqindən və miliiyətindən aslı olmayaraq hüquqlarını müdafiə edir. Biz təşkilat olaraq istənilən qanun pozuntusuna qanun çərçivəsində yanaşacayıq. Ən əsası bitərəf və qərəzsiz. Bizim üçün ən vacib olan insan hüquq və azadlıqlarının təmin edilməsi və qorunmasıdı. Fəaliyyətimizi bu yöndə quracayıq. Daima dövlətdən tələb edəcəyik ki,vətəndaşların hüquqlarının qorunmasında və təmin edilməsində götürdüyü öhdəliyə sadiq qalsın. Bərabarhüquqluğu daima qoruyub saxlasın. Yuxarıda qeyd etdiyim ki,bu sahə gündəlik həyatımızın ayrılmaz sahəsidir.Hər bir vətəndaş istər öz,istərsə digər vətəndaşlarının hüquqları uğrunda mübariz apara bilər.Sözsüz ki,qanun çərçivəsində. Biz təşkilat olaraq düşünür ki,bu sahədə boşluqlar var. Təşkilat olaraq öz şüarımızı da seçmişik. Hüququ pozulmuş vətəndaş sivil
cəmiyyət və dövlət üçün təhlükəlidir.Əslində bu şüarımızda fəaliyyatimizin nədən ibarət olacağını görmək o qədər də çətin deyil.Burda təkcə hüququ anlamda yox,sosial və psixoloji aspektdən də baxmaq lazımdır.Yəni,fəaliyyətimiz təkcə vətəndaşın hüququ pozulduqdan sonra deyil,həm də bu halin baş verməməsi üçün maariflənmə işləri aparılacaq. Düşünürük ki, bu sahədə də problemlər var.
Təbii ki,bu məsələləri tez bir zamanda həll etmək mümkün deyil. Hər bir sahədə olduğu kimi bu sahədə də komleks yanaşmağı düşünürük. Bir məsələyə diqqətinizi çəkmək istərdim.Daha doğrusu aydınlıq gətirmək istərdik. Əslində daha öncə qeyd etmişdim.Fəaliyyətmiz bütün sosial təbəqələri əhatə edəcək.Burda təkcə hər hansı siyasi partiya üzvünün və ya ictimai-siyasi mübarizə aparan şəxsin və ya şəxslərin deyil,bütün sahələrdə hüququ pozulmuş vətəndaşların hüquqlarının bərpa və təmin edilməsində hüququ yardım göstərəcəyik.
Nə üçün mən bunu vurğuladım? Çünki son zamanlar ən çox müzakirə olunan məsələlərdən biri siyasi və vicdan məhbusları məsələsidir.Bizim də bu sahədə açıqlamalarımız və bəyanatlarımız olacaq.Biz hesab edirik ki,hüquq müdafiə təşkilatı olduğumuz üçün yalnız və yalnız qanun çərçivəsində baxa bilərik. Bunun üçün araşdırmalara ehtiyac duyulur. Bitərəf təşkilat olduğumuz üçün hər bir məsələyə də bitərəf yanaşacayıq.Bu bizim başlıca amalımızdır.Bəzən bəzi hüquq müdafiə təşkilatları məsələlərə qərəzli yanaşırlar.Hüquq dəqiq elm olduğu üçün istənilən məsələyə yalnız qanun çərçivəsində yanaşıb düzgün qərar qəbul etmək olar.Amma istənilən anda hər bir vətəndaşın hüquq yardım almaq hüququ var.Təşkilat olaraq biz bunu vəzifə borcu kimi qəbul edirik.Və bizim bir başa olaraq ən başlıca vəzifə və məramımıza daxildir.
Nəhayət, belə bir nəticəyə gəlirik ki, bu gün artıq bütün bəşəriyyət başa düşmüşdür ki, insan hüquqları qorunmadıqca, təmin olunmadıqca və hər gün dünyanın müxtəlif yerlərində minlərlə insanın hüququ pozulduqca yer üzərində nə hüquqi, nə də demokratik dövlətlərin qurulmasından danışmaq olmaz.Buna görə də, bütün bəşəriyyət insan hüquqlarının təmin olunması üçün daha sıx birləşməlidir.
Güman edirəm,qısaca da olsa öz təşkilatımız barədə məlumat verə bildik. Biz də var gücümüzlə çalışacayıq ki,insanların hüquq və azadlıqlarının təmin edilməsində və qorunmasında aktiv fəaliyyət göstərək.İstənilən hüququ pozulmuş vətəndaşımıza vaxtında kömək edə bilək. İnsanlara hüququ yardım etməkdən zövq alaq. Bu prinsip bizim başlıca vəzifəmizə çevrilə bilsin.
Sonda hər birinizə diqqətinizə və iştirakınıza görə təşəkkür edirik. Hər birinizi Qarşıdan gələn Dunya Azərbaycanlılarının Həmrəylik və Yeni İl münasibəti ilə təbrik edir,hər birinizə xoş arzularımızı çatdırırıq. İnanaq və arzu edək ki,2015 ci il hər birimiz üçün uğurlu olacaq və heç bir insanın hüququ pozulmayacaq.
Dəvət olunan qonaqlardan, "Zərdabi Mətbuat Mərkəzinin” nümayəndəsi Əsəd Əliyev çıxış edərək VHM-ə uğurlar arzulayıb.
Bundan sonra təşkilatın saytının təqdimatı baş tutub. Təşkilatın internet ünvanı olan vhm.az saytının digər saytlardan fərqi, xüsusilə də sayta yerləşdirilmiş hüquqi bazadan bəhs olunub.
Tədbiri VHM sədri Elnur Məmmədli yekunlaşdırıb. Təşkilat haqqında geniş məlumat verən E. Məmmədli bildirib ki, VHM-in fəaliyyəti dar çərçivədə məhdudlaşmayacaq və ictimaiyyət çox yaxın zamanlarda bu təşkilatın həyata keçirəcəyi böyük layihələrdən xəbərdar olacaq. Çıxışının sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevn 29 Dekabr 2014-cü ildə imzaladığı sərəncamın humanist və lazımlı addım olduğunu bildirən, VHM sədri həbsdə olan Baş redaktorlar Əvəz Zeynallının və Sərdar Əlibəylinin azadlığa buraxılmasının cəmiyyət tərəfindən müsbət qarşılandığını bildirib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi