Ali Məhkəməyə hakim təyin edildi

img

30-12-2014 [13:31]


Azərbaycan Respublikası Ali Məhkəməsinə hakimi təyin edilib. Milli Məclisin gündəliyinə daxil edilən qanun layihəsi səsverməyə qoyulub və yetərsayla qəbul edilib. Hakim vəzifəsinə yenidən Gülüzar Rzayeva təsdiqlənib.

Millət vəkilləri Gülüzar Rzayevanı təyinatla bağlı təbrik ediblər.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, 65 yaşlı G. Rzayeva 2010-cu ildən Ali Məhkəmənin hakimi işləyir.

Bununla yanaşı "Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında təhlükəsizlik məsələləri üzrə əməkdaşlığa dair" sazişin təsdiq edilməsi haqqında qanununun layihəsi də səsverməyə çıxarılıb. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisdə "Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin genişləndirilməsi və yenidən qurulması layihəsi üzrə" kredit sazişi də təsdiq edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA