Mədət Quliyevin işçilərinə rüşvət ittihamı-FAKT

img

30-12-2014 [13:13]


Ucar Rayonu Azərbaycan küçəsi ev 6 da yaşayan Aslanovlar ailəsi redaksiyamıza şikayət məktubu göndərib. Mia.az-ın elektron poştua daxil olan müraciəti olduğu kimi diqqətinizə çatdırırıq.

"Penitensiar Xidmətin 2 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəsissəsinin rəisi İlqar Sadıqov və Seymur adlı əməkdaşı bizi aldadıb 1500 manat pulumuzu alsalarda məhkum oğlumuz Aslanov Elnurun yenidən Cəzaçəkmə Müəssisəsinə qaytarılması barədə Qaradağ rayon Məhkəməsinə təqdimat vermişdilər. Qaradağ rayon Məhkəməsi isə təqdimatın təmin olunmasına dair qərar çıxartmışdır. Hazırda isə oğlumuz Bakı İstintaq Təcridxanasına köçürülmüşdür. Biz 2 saylı MTCÇM-nin rəisi İlqar Sadıqov və Seymur adlı əməkdaşına oğlumuz Elnurun evə buraxılması üçün ilk dəfə 600 manat və evdə qalıb Müəssisəyə getməməsi üçün hər ay 120 manat pul vermişik.İmkanımız olmadı deyə təyin edilmiş aylığı ödəyə bilmədik buna görədə oğlumuz Elnurun cəzasını Cəzaçəkmə Müəssisəsində çəkməsi üçün Məhkəməyə təqdimat göndərdilər.İndidə onlara verdiyimiz pulu geri qaytarmalarını istəyirik.Biz pensiyaçı qoca və xəstə adamlarıq.Bir ay pul olmayanda belə edirlər bu haqsızlıqdır.Gedib yoxlasınlar 2 saylı MTCÇM-də heç bir nəfər də olsun belə məhkum saxlanılmır.Hamısı aylıq verib evində qalır.Ancaq orada 1000 yaxın məhkumun saxlanılması sənəddə qeyd edilir.Bir dəfə kimsə aylığı verə bilməyəndə tez təqdimat yazıb gəldiyi Cəzaçəkmə Müəsisəinə qaytarırlar.Kiminsə buna şübhəsi varsa gedib araşdıra bilər.Zəng edib 2-saylı MTCÇM-nin Seymur adlı əməkdaşından pulumuzu qaytarmasını istəmişik. Ancaq hələdə pulumuzu qaytarmayıblar.Bildiririk ki,oğlumuz Elnur 2006-cı il tarixdə Məhkəmənin hökmü ilə 9 il azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilmişdir.Cəzasını 6 saylı CÇM-də çəkib.Bu ilin may ayı tarixində cəzasının çox hissəsini çəkdiyi üçün 2 saylı MTCÇM-nə keçirilmişdir. Xahiş edirik biz pensiyaçıların pulunu 2-saylı MTCÇM-nin rəisi İlqar Sadıqovdan alıb bizə qaytarmağa köməklik edəsiniz". 

 Əlaqə telefonu; 051 899-64-65 

 İmza; Aslanov Ağanur Əmir oğlu
Aslanova Rəqimə Məhəmmədəli qızı

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA