Əlahiddə Ümumqoşun Ordu rəhbərliyi toplandı - FOTOLAR

img

29-12-2014 [19:52]


Müdafiə nazirinin təsdiq etdiyi plana uyğun olaraq, Əlahiddə Ümumqoşun Ordu rəhbərliyinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilə həsr olunmuş bayram şənliyi keçirilib. 

Mia.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə Əlahiddə Ümumqoşun Ordunun zabiti Mirqiyas Rüstəmov çıxış edərək bildirdi ki, Ordu Komandanlığı tərəfindən mütəmadi olaraq şəxsi heyətlə ictimaiyyət nümayəndələrinin görüşü təşkil edilir, mədəni-kütləvi tədbirlər keçirilir ki, nəticədə xalqın orduya inamı artır, əsgərlərin mənəvi-psixoloji durmu daha da yüksəlir. 

Çıxış edən digər ictimaiyyət nümayəndələri və tanınmış ziyalılar, eləcə də hərbi qulluqçular əlamətdar günlər münasibəti ilə şəxsi heyəti təbrik edərək, xidmətlərində uğurlar arzuladılar. 

Tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının və "N" saylı hərbi hissənin yaradıcı kollektivlərinin maraqlı proqramlarla çıxışları, mahnı və rəqsləri əsgərlər tərəfindən alqışlarla qarşılanıb.










Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA